“OK” Azərbaycan Zəhra Bədəlbəyliyə keçdi- FOTOSESSİYA

“OK” Azərbaycan Zəhra Bədəlbəyliyə keçdi- FOTOSESSİYA

Bu gün paytaxtın əyləncə məkanlarının birində Azərbaycanda nəşr olunmuş Beynəlxalq "OK" jurnalının mətbuat konfransı keçirilib.

SİA xəbər verir ki, konfransda jurnalın baş direktoru Elşad Qəhrəmanov, keçmiş baş redaktoru Könül Nağıyeva və yeni baş redaktoru Zehra Bədəlbəyli iştirak edib.

Konfransda çıxış edən N.Könül jurnaldakı əməyindən söz açıb: "OK" jurnalına 4 ilimi həsr etmişəm. Əlimdən gələn heç nəyi əsirgəməmişəm. Mənim bundan artıq edəcəyim heç nə qalmayıb. Bizim jurnal Beynəlxalq standartlara uyğun olaraq İngiltərədə böyük naliyyətlər əldə edib. Bu jurnal mənim oğlumla bir böyüyüb. Mən jurnalı öz balam kimi qəbul etmişəm"- deyə K.Nağıyeva bildirib.

Könül həmçinin jurnaldan getməyinin səbəbindən də danışdı: "Getməyimin əsas səbəbi isə uşaqlıq arzumun yerinə yetməsidir. Mən aktrisa oluram. İlk addımım isə "Aramızda qalsın" serialından başladı. Artıq ilk çəkilişim baş tutub. Təbii ki, bununla kifayətlənmiyəcəm"-deyə Könül əlavə edib.

Qeyd edək ki, konfransda iştirak edən yeni redaktor Zəhra Bədəlbəylinin işə daha məsuliyyətli yanaşacağı bəlli idi: "Təbii ki, müəyyən qorxu və həyacanım var. Ancaq çalışacam ki, jurnalın reytinqi düşməsin"- deyə Z. Bədəlbəyli qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə