Samir Cavadzadənin bıçaqladığı fotoqraf Elvin Hüseynovun səhhəti çox yaxşıdır. Bunu SİA-ya açıqlamasında 1 saylı Klinik Tibbi Xəstəxananın baş həkim müavini Adil Salahov bildirib.
Onun sözlərinə görə, xəstə reanimasiyadan intensiv terapiya palatasına köçürülüb: \"Xəstənin səhhəti yaxşıdır. Huşu yerindədir və danışa bilir. Hətta özüm də onunla təmasa girmişəm. Onu da qeyd edim ki, xəstə bu gün saat 17.00-dan etibarən ziyarətçi qəbul edə biləcək\".
Məlumat üçün bildirək ki, dünən səhər saat 6 radələrində 24 yaşlı Elvin Hüseynov boyun nahiyəsində - onurğasının yuxarı hissəsində olan kəsilmiş-deşilmiş yara ilə xəstəxanaya qəbul edilib. Yaralı təcili əməliyyat olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB