Dünən paytaxtın əyləncə mərkəzlərinin birində müğənni Azad Şabanovun ilk klipinin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, dostlarını və media əhlini başına toplayan Şabanov klipindən məmnun qaldığını bildirib.
Mərasimə şou-biznesin ən tanınmış nümayəndələri toplanmışdı. Azadı təbrik etmək üçün müğənni Natəvan Həbibi, Zamiq, İlhamə Qasımova, Aysel Teymurzadə, Aygün İsmayılova, Çingiz Mustafayev, Samir Cavadzadə, Günay İbrahimli, DJ Cin, prodüser Zöhrab Ağayev (Zorik) eləcə də Samir Bayramlı, Hüsniyə Məhərrəmova, Nurlana, Gülnar Muxtarqızı, Ramin İbrahimov kimi məşhur aparıcılar var idi.
Azad ilk klipindən ağızdolusu danışıdı: "Bu klipə əziyyət çəkdim. Sevirəm ki, hər kəs klipimi bəyəndi. Ən böyük təşəkkür isə atama düşür. O, hər zaman məni dəstəkləyib. Hər kəsə sonsuz minnətdarlığımı bildirirəm".
Mərasimdə ən diqqət çəkən məqamlardan biri DJ Cin oldu. Azad klipinin təqdimatı ilə yanaşı dostunun ad gününü də qeyd etdi.
Gecə saatlarınadək əylənən şou əhli dayanmadan oxudu və rəqs etdi.
Məlumat üçün xatırladaq ki, "Hiss et" mahnısının bəstəkarı İsa Məlikov, sözləri isə Paulina Volodkovskaya-Məlikovaya məxsusdur. Klipinin quruluşçu-xoregrafı Nailə Məmmədzadə, operatoru Anar Məmmədov, qrafisti Rza Əsgərov, rejissoru və prodüseri Vüsalə Qarayevadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB