Jurnalistlər İlqar Muradovla razılaşmadı-FOTOSESSİYA

Jurnalistlər İlqar Muradovla razılaşmadı-FOTOSESSİYA

"Yeni ulduz-9"qalibi Cahangir Qurbanov media əhlini başına toplayıb. SİA-nın məlumatına görə, Cahangir Qurbanov "Sevdim səni" adlı klipini və "Сердце на двоих" adlı albomunu jurnalistlərə təqdim edib.

Kənən MM-in çəkdiyi "Sevdim səni" adlı klipinin mahnısının sözləri Ramiz Rövşənə musiqisi isə Xanım İsmayılqızına məxsusdur.

Cahangirin "Сердце на двоих" adlı albomuna 15 mahnı daxildir.

Mətbuat konfransında Cahangiri dəstəkləmək üçün onun müəllimi, əməkdar artist İlqar Muradov da təşrif buyurub. Cahangirin nadir səs tembirinə malik olduğunu iddia edən İ.Muradovla jurnalistlər razılaşmayıblar. Məsələ burasındadır ki, Cahangirin səs tembiri və ifa tərzi məhz İlqar Muradova bənzəyir. Bu fakt isə media əhlinin gözündən qaçmadı. Jurnalistlərə cavab verən Cahangir səsinin məhz İlqar Muradova bənzədiyi üçün şad olduğunu dilə gətirdi. Axı deyilənə görə, o uşaqlıqdan İlqar Muradovun pərəstişkarı olub.

Mətbuat konfransında həmçinin bəstəkar Xanım İsmayılqızı və rejissor Kənan MM də iştirak ediblər.

Konfrans zamanı məlum oldu ki, müğəninin yeni saytı www.cahangir .az fəaliyyət göstərir

Bütün xəbərlər Facebook səhifəmizdə