Jurnalistlər İlqar Muradovla niyə razılaşmadılar?-FOTOSESSİYA

Jurnalistlər İlqar Muradovla niyə razılaşmadılar?-FOTOSESSİYA

"Yeni ulduz- 9" müsabiqəsinin qalibi Cahangir Qurbanov media əhlini başına toplayıb. SİA-nın məlumatına görə, Cahangir Qurbanov "Sevdim səni" adlı klipini və "Сердце на двоих" adlı albomunu jurnalistlərə təqdim edib.

Kənən MM-in çəkdiyi "Sevdim səni" adlı klipinin mahnısının sözləri Ramiz Rövşənə musiqisi isə Xanım İsmayılqızına məxsusdur.

Cahangirin "Сердце на двоих" adlı albomuna 15 mahnı daxildir.

Mətbuat konfransında Cahangiri dəstəkləmək üçün onun müəllimi, əməkdar artist İlqar Muradov da təşrif buyurub. Cahangirin nadir səs tembirinə malik olduğunu iddia edən İ.Muradovla jurnalistlər razılaşmayıblar. Məsələ burasındadır ki, Cahangirin səs tembiri və ifa tərzi məhz İlqar Muradova bənzəyir. Bu fakt isə media əhlinin gözündən qaçmadı.

"Sevinirəm ki, səs tembirim müəllimim və uşaqlıqdan bəri pərəstişkarı olduğum İlqar Muradova bənzəyir". – deyə Cahangir bildirib.

Mətbuat konfransında həmçinin bəstəkar Xanım İsmayılqızı və rejissor Kənan MM də iştirak ediblər.

Konfrans zamanı məlum olub ki, müğəninin yeni saytı www.cahangir .az fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə