Mələkxanım Əyyubova yeni muğam diski çıxardıb- FOTOSESSİYA

Mələkxanım Əyyubova yeni muğam diski çıxardıb- FOTOSESSİYA

Xalq artisti Mələkxanım Əyyubova 3 illik fasilədən sonra yeni muğam diskini çıxardıb. SİA-nın məlumatına görə, xanəndəmiz dünən Beynəlxalq Muğam Mərkəzində \"Rast - Bayatı - Şiraz\" muğam dəsgahlarını mediaya təqdim edib. Xalq artistini Azərbaycan Dövlət Televiziyası və Radiosunun Bakıxanov adına xalq çalğı alətləri ansamblı müşayiət edib. Ansamblın bədii rəhbəri xalq artisti Möhlət Müslümovdur.

Mələkxanım Əyyubova \"Rast\"a sənətdə müəllimi olan Canəli Əkbərovun məsləhəti ilə müraciət etdiyini deyir.

Tədbirdə xalq artistləri Canəli Əkbərov, Möhlət Müslümov, Zamiq Əliyev, Fəxrəddin Dadaşov, əməkdar artist Nuriyyə Hüseynova, şairə Xuraman Vəfa və başqaları da iştirak edib. Həmçinin tədbirə qonaq qismində Bakı Metropoliteninin rəisi Tağı Əhmədov da təşrif buyurub.

Bütün xəbərlər Facebook səhifəmizdə