\"Fatmagülün suçu nə?\" ilə azərbaycanlı müğənnini nə baglayir?

\"Fatmagülün suçu nə?\" ilə  azərbaycanlı müğənnini nə baglayir?

Bu gün tanınmış aktyor və rejissor, İstanbul Mədəniyyət Mərkəzinin direktoru Sərxan Kərəmoğlu Elvin Abbasov adlı gənc müğənnini mətbuat nümayəndələrinə təqdim edib. SİA-nın məlumatına görə, gənc müğənnini dəstəkləmək üçün bəstəkar Aybəniz Güllər, müğənni Nadir Qafarzadə tədbirə təşrif buyurub.

İlk olaraq gənc müğənninin Türkiyədə çəkdirdiyi \"Qeyri-adi\" və \"Can Azərbaycan\" klipləri nümayiş olundu. Kliplərin rejissoru Sərxan Kərəmoğlu özüdür. İsmayıl Əsədovun \"Qeyri-adi\" klipinin çəkilişləri Türkiyənin Ayasofya, Boğaz körpüsündə və digər görməli yerlərində aparılıb. Klipi məşhur \"Fatmagülün suçu nə?\" türk serialının çəkiliş qrupu ərsəyə gətirib.

Elvin Abbasovu mediaya təqdim edən Sərxan Kərəmoğlu gənc müğənninin istedadlı və bacarıqlı olduğunu qeyd etdi: \"Düzdür, Elvinin də müəyyən qüsurları var. Bu da təbiidir. Axı o, hələ gəncdir. Bizim elə xalq artistlərimiz var ki, hələ də qüsurla gedirlər.\" Qeyd edək ki, Elvin Abbasov xalq artisti Ağaxan Abdullayevin tələbəsidir. Muğam ustadı Moskvada olduğundan tələbəsinin tədbirinə qatıla bilməyib.


Bütün xəbərlər Facebook səhifəmizdə