İbrahim Tatlısəs yeni ildə ekranlarda - FOTO

İbrahim Tatlısəs yeni ildə ekranlarda - FOTO

Yeddi ay əvvəl məruz qaldığı silahlı hücumdan sonra sol tərəfi iflic qalan və müalicəsi davam edən İbrahim Tatlısəsin ən böyük istəyi yeni ildə səhnəyə çıxmaqdır. SİA-nın türk mətbuatına istinadən xəbərinə görə, Almaniyada keçirilən əməliyyatdan sonra sürətlə sağalmağa doğru gedən Tatlısəs İstanbula qayıdan kimi yeni ildə efirə çıxacağını açıqlayıb. Ancaq Tatlıses efirə çıxacağı kanalın adını açıqlamayıb.

Baş nahiyəsindən ağır yara almağına baxmayaraq yaşamasını \"Mən tanrının bir möcüzəsiyəm\" deyə şərh etdi. Bu səbəblə də alboma \"Möcüzə\" adını verən müğənni özünə aid 3 mahnı ilə bərabər daha 9 mahnı daxil edəcək. Maliyyə dəyəri 1 milyon türk lirəsi olan yeni albom 2012-ci ilin ilk günlərində işıq üzü görəcək.

Qeyd edək ki, müğənni yeni mahnılarını ilk dəfə məhz yeni il gecəsi səsləndirəcək. "Show TV", "Beyaz TV" və "TNT" televiziya kanalları ilə görüşdüyü bildirilən Tatlısəsin "TNT" kanalı ilə razılığa gəldiyi önə sürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə