Türkiyəli müğənni səhnədə huşunu itirdi-FOTO

Türkiyəli müğənni səhnədə huşunu itirdi-FOTO
Türkiyədə kifayət qədər tanınan pop musiqisi ifaçısı müğənni Ziynət Sali İzmirdə keçirilən beynəlxalq sərgidə "Yonca Gənclik" konsertləri çərçivəsində Açıq Hava Sərgi Teatrında konsert əsnasında səhnədə huşunu itirib.

SİA-nın türk mətbuatına istinadən xəbərinə görə, saat 21.30-da səhnəyə çıxan Sali hər zamankı kimi səhnədə performansı ilə diqqət çəkib. Ancaq konsertin ilk yarım saatı bitmədən huşunu itirərək yerə yıxılan müğənni dərhal kulisə aparılıb. Təcili tibbi müdaxilə nəticəsində qəflətən təzyiqinin düşdüyü məlum olan məşhur müğənni yenidən səhnəyə çıxıb ifasına davam etdirmək istədiyini bildirib. 15 dəqiqə sonra təkrar səhnəyə çıxan Ziynet Sali konsertinə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə