SİA xəbər verir ki, daha bir azərbaycanlı müğənni Facebook şəbəkəsinin dələduzlarından şikayətçidir. Bu dəfə şikayət edən Rəhim Rəhimli oldu. O, hazırda bu şəbəkədə səhifəsinin olmadığını bildirdi və onun adına açılan səhifələrin saxta olduğunu söylədi: "Hazırda Facebook-da mən yoxam! "Rehim Dostum" adlı bir yuzer mənim adımdan hər kəslə ünsiyyətə girir, insanları təhqir edir. İnanın mənə, o nə mənəm, nə də menecerim Şahindir! Kimdirsə dələduz insandır, onu tapsaq dərsini verəcəyik!"
Müğənni həm də kömək istədi: "Facebook istifadəçilərindən xahiş edirəm, mənim adım altında bu saytda oturan bütün şəxsləri adminlərə şikayət etsinlər ki, o səhifələr bağlansın" - deyə, Rəhim müraciət etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB