Azərbaycanın tanınmış müğənnisi Nura Suri bəyanatla çıxış edib. O, şəxsi həyatı barədə mətbuatda dərc olunan məqalələrdən narazılığını dilə gətirib. Redaksiyamıza ünvanladığı məktubda müğənni məsələni tam aydın şəkildə izah edir. SİA məktubu olduğu kimi oxuculara təqdim edir:
Hörmətli redaksiya!
Barəmdə son günlərdə mətbuatda verilmiş informasiyalara cavab vermək istəyində deyildim, lakin valideynlərimi, övladlarımi və cəmiyyətdə məni tanıyan, eləcə də, hörmət edən insanları nəzərə alaraq müəyyən açıqlama verməyi özümə borc bilirəm. Öncə qeyd etmək istərdim ki, vaxtilə cəmiyyətin maariflənməsində, milli mədəni irsimizin formalaşmasında mühüm rol oynamış mətbuatmız yaşadığımız dövrdə bəzən öz müqəddəs amalından kənara çıxır. Bu isə narahatlıq doğuran bir haldır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan xalqı dini, əxlaqi və digər mənəvi xüsusiyyətləri baxımdan seçilən bir xalqdır, bu baxımdan mətbuat da qeyd olunan amilləri daim gözləməlidir. Çox təəssüflər olsun ki, barəmdə verilən qeyri-dəqiq açıqlamaların mətbuatda dərci Azərbaycan mətbuatı üzvlərinin bir qisminin şəxsi maraq və mənafelərini bütün mənəvi dəyərlərdən üstün tutduğunu göstərdi.
Fikrimi həm qanuni, həmdə əxlaqi baxımdan əsaslandıra bilərəm. Belə ki, Azərbaycan Respublikası konstitusiyasımn 32-ci maddəsinə əsasən hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. İstinad olunan maddənin 3-cü hissəsinə əsasən öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir.
Azərbaycan Respublikası konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
Azərbaycan Respublikası vətəndaşı olduğum üçün sadalanılan hüquqlar mənə də məxsusdur. Maraqlı hal həm də odur ki, mənə qarşı həqarətlə çıxış edən şəxslərdən biri məhz ali hüquqi savada malik olan, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan və bütün bu hərəkətlərin yolverilməz olmasını bilsə də, buna yol verən Qasımov Telman Abıəli oğludur.
Diqqətinizə çatdrrmaq istərdim ki, məni təəccübləndirən ən vacib hal barəmdə verilmiş məlumatı ilkin olaraq dərc etmiş \"Olaylar.az\" saytın rəhbər şəxsi Yunus Oğuza 08.09.2011-ci il tarixdə şifahi müraciət edib istinad olunmuş məktubun surətinin mənə təqdim edilməsini xahiş etdikdə \"daxili qaydalar əsasında bunun mümkün olmadığının\" bildirilməsi cavabı oldu. Maraqlıdır barəmdə verilmiş informasiyalann həqiqiliyi yoxlanılmadan ictimaiyyətə çatdırılmasına və məlumatların istinad mənbəyi olan məktubun mənə verilməsindən imtina edilməsinə səbəb nədir?
Məlumat üçün bildirirəm ki, \"İnformasiya əldə etmək haqqında\" Azərbaycan Respublikası Qanununun 2.4.-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Göründüyü kimi bu sahədə hüquqlarım pozulmuşdur.
Düşünürəm ki, iddia tələbi əsaslı və ədalətli olan şəxs məsələnin həllinin qanuni yolla məhkəmə və ya ümumi razılıqda axtarmalı idi. Mənim və övladlarımın adının hallandırılması etik normaların pozulması və şəxsi həyatımıza müdaxilədən başqa bir şey deyildir. Maraqlıdır ki, məktubda Azərbaycan Respublikası Məhkəmələrinin fəaliyyəti şübhə altına alınır. Çıxarılan hər qətnamənin Azərbaycan dövləti adından çıxarıldığını nəzərə alsaq, məktub həmçinin dövlətçiliyimizi və onun qanuniliyini şübhə altına alır. Sadalanılan hallar mövcuddursa, nə üçün yenidən iddia ilə məhkəməyə müraciət olunur?
Bir daha bildirmək istərdim ki, 07.09.2011-ci il tarixdə barəmdə dərc olunmuş məktub həqiqəti əks etdirmir. Belə ki, keçmiş həyat yoldaşımla qanuni nikaha malik olmuşam. Əgər mən məktubda qeyd edilən qədər israfçı və şıltaq olsaydım, yəqin ki, 5 il ərzində münasibətlərimiz davam etməzdi. Məktubda qeyd olunmuş 250000 dəyərində sərvət məsələsinə gəldikdə bildirmək istərdim ki, keçmiş həyat yoldaşımın hansı əsasla bu sərvətə malik olması, yaxud qeyd olunan halın baş verməsi faktı mənə bəlli deyil. Ancaq inkar etmirəm ki, həyat yoldaşım iş adamı olub, göstərilən məbləğ ona məxsus olan avtomobillərdən birinin dəyəridir.
Mənə qəribə gələn məqalədə 400 (dörd yüz) ABŞ dolları qarşısında üç nida işarəsinin qoyulmasıdır. Əgər maraqlansanız görərsiniz ki, Azərbaycan məhkəmə praktikasında 312 (üç yüz on iki) manat müəyyən olunan alimentlərlə müqayisədə normal məbləğdir. Bir faktı nəzərə alın ki, həmin məbləğin il üzrə hasilinin 3 misli dəyərini övladımın təhsili üçün xərcləyirəm. Övladımın sağlamlığı naminə xərcləri də nəzərə alsaq, sizlər mənim haqlı olduğumu görərsiniz.
Soyad məsələsinə gəldikdə daşıdığım soyad mənə hər hansı bir üstünlük vermir, çünki bu soyad da digər adi soyadlardan biridir. O da nəzərə ahnmalıdır ki, mənim valideynlərim Azərbaycan ictimaiyyəti arasında tanınan nüfuzlu şəxslərdir. Mənim hərəkətlərim kiminsə şərəfinə kölgə sala bilməz, mən hər addımımda valideynlərimi, övladlarımı və onlan şərəflərini nəzərə alıram. Doğmalarını düşünən, onlarla nəfəs alan insanlardan biriyəm mən də. Sonda ümumi olaraq һәг kəsə ünvanlana biləcək bir müraciətim var, kiminsə ailəsinə, nüfuzuna və şəxsiyyətinə xələl gətirə biləcək hərəkətlərə yol verməzdən əvvəl o insanın yerində özünüzü və yaxınlarınızı düşünün, əgər insani hisslərə maliksinizsə!
Hörmətlə: Suri Aynurə Qəzənfər qızı (Müğənni Nura Suri)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB