NEXT qrupunun keçmiş üzvü Seyran solo fəaliyyətə başladıqdan sonra ilk mahnınısını təqdim edib. Qrupda iştirakı zamanı fərqlənən və qalmaqalı ilə seçilən ifaçının gəlişi də elə qalmaqallı oldu. Belə ki, onun təqdim etdiyi yeni "Ver mənə" mahnısı çaşqınlığa səbəb olub. Bu barədə SİA-ya açıqlama verən müğənni isə "Mən erotikadan oxumuram" dedi: "Mahnı sevgi mövzusundadır və bunu heç də pis yerə yozmaq lazım deyil. Məncə iinsanları maraqlandıracaq. Bir dəfə mahnıya qulaq asdıqdan sonra artıq bütün fikirlər dəyişəcək".
Onun sözlərinə görə, mahnı dünəndən etibarən radiolarda səslənir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB