Azərbaycanın tanınmış müğənnisi Samir Piriyev həmkarlarının gündəmdə olma məsələsinə toxundu. SİA-ya açıqlama verən ifaçı müğənninin gündəmdə olması, şəxsi həyatında baş verənlər cəmiyyətə nümayiş olunmasından danışdı: "Başqa ölkələrin cəmiyyəti ilə müqayisədə, bizim cəmiyyətimiz seçilir. Türkiyənin, Rusiyanın ictimai yerlərində qadının kişi yanında, hətta, atasının qarşısında qızın siqaret çəkməsi normal qəbul edilir. Bir sözlə, sərbəstlik var. Amma bizdə insanlara qarşı istiqanlılıq hissi var. Biz hər bir insanın probleminə öz işimiz kimi yanaşırıq. Bu da hər xalqa məxsus olan xüsusiyyət deyil, yalnız bizə məxsusdur. Türkiyədəki mətbuat katibim Esra bilirsiz nə deyir? Deyir "Samir, siz pozulmamısınız, olduğunuz kimi qalmısınız". Amma bəziləri bunu \"geridəqalmışlıq\" kimi qəbul edirlər. Əslində isə hamı bizim kimi kökünə bağlı olmalıdır. Biz bu gün yaxşı əməllərimizlə iz qoymalıyıq ki, gələcəkdə də övladlarımız keçmişləri ilə fəxr etsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB