Yerli şou-biznesdə kişi müğənnilərin əməliyyat etdirib, sırğa taxmaqları və qaşını almaları birmənalı qarşılanmayıb. Məsələyə münasibət bildirən müğənni faytonçu Nazim SİA-ya bu sözləri dedi: "Sırğa taxmağa, saça həna qoymağa pis baxmıram. Məhəmməd Peyğəmbər də istifadə edirdi. Qaldı ki, qaş alasan, dodağı silikon etdirəsən bu, kişiyə yaraşmaz. Bir də yəqin cavan qalmaq istəyirlər, ona görə edirlər. İlin bu başında ailə qurub, sonra boşanıb, təzədən evlənən kişilərə nifrət edirəm".
Müğənni bəzi həmkarlarının da adını çəkdi: "Elə söhbət Kərimdən gedir, qorxmuram, sözümü də ona deyirəm. Kişi bir dəfə ailə qurar, hər kəsin qızını boşamaq olmaz. İyirmi iki ildir ailəliyəm, çox xoşbəxtəm. Kərimin eks yoldaşı Təranəni tanıyıram. Çox gözəl xanımdır. Kərim Təranənin başına nə oyun açdı, hamısı göz qabağındadır, xalqımız gördü. Təranə sübutla danışdı. Hansı kişi ki, ailəni dağıdır problem qadında yox, kişidə olur. Kərimin problemi var idi yəqin, Təranədən boşandı. Bunu dəfələrlə Təranə dedi. Allahın qəzəbindən qorxmaq lazımdır. Məndə olan məlumata görə, Təranə gözəl evdar xanım idi. Efirə çıxartdı, kişi qızı axıra qədər düzünə getdi. Qadın elə şeydir ki, kişini başının tacı da edə bilər, evinin döşəməsilən əskisi də. Mən Təranənin açıqlamalarını eşidəndə şoka düşdüm. Şou-biznesdə çoxları dəhşətə gəlmişdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB