Rüfət Axundov: “Bir sözlə, həddi aşmasınlar”-AÇIQLAMA

Rüfət Axundov: “Bir sözlə, həddi aşmasınlar”-AÇIQLAMA

Azərbaycanın tanınmış müğənnis Rüfət Axundov xanım həmkarları haqda açıqlama verdi. SİA-ya danışan Rüfətin sözlərinə görə, hər bir xanım geyiminə fikir verməlidir: "Mənə elə gəlir ki, hər bir qadın toya, konsertə, ümumiyyətlə, hara gedirsə özünə, geyiminə fikir verməlidir. Əgər söhbət qadın həmkarlarımdan gedirsə, yaxşı mənada özlərinə də, geyimlərinə də fikir verməlidirlər. Çünki onlar konsertdə, toyda xalqın qarşısında çıxış edirlər. Onlar nümunədirlər.

Bir də ki, bizdə avropalaşma meyli gedir. Bundan başqa, sənətçi toplum içərisində seçilməlidir. Burada pis bir şey görmürəm. Yeri gələndə, elə kostyum geyinirəm ki, bir neçə nəfərin içərisində seçilirəm. Sarı, qırmızı, ağ rəngli kostyumlar geyinəndə diqqəti üzərimə cəlb etmiş oluram. Həmçinin də, qadın müğənnilərimizin də uzun, yaxud qısa ətəkli, dekolte paltar geyinməsindən asılı olmayaraq, geyindiyi paltar özünə yaraşmalıdır, zövqlü olmalıdır. Bir sözlə, həddi aşmasınlar".

Bütün xəbərlər Facebook səhifəmizdə