Faiq Ağayevdən nə az, nə çox, düz 7 mahnı gəlir

Faiq Ağayevdən nə az, nə çox, düz 7 mahnı gəlir

Hər zaman kübarlığı ilə seçilən Azərbaycanın xalq artisti Faiq Ağayev dayanmadan işləməyə başlayıb. SİA-ya açıqlama verən cənab qızıl şlyager hazırda 7 yeni mahnını eyni vaxtda hazırladığını dilə gətirdi: "7 yeni mahnı studiyalardadır. Aranjman işləri bitdikdən sonra onları oxuyacam. Bəstəkarlardan Nailə Mirməmmədli, Vüqar Camalzadə, Xanım İsmayılqızı, Murad Arif, Emin Kərimidən yeni mahnılar götürmüşəm. Bundan əlavə, yeni bir mahnı sabahdan radiolarda səslənəcək. \"Odlanacaq\" adlanır. Musiqisi Rəvan Qarayevə məxsusdur. Maraqlı aranjman olunub. Mənə elə gəlir ki, bu mahnı da seviləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə