Eltondan bir neçə yenilik var

Müğənni Elton Hüseynəliyev 3 yaşlı qızının şərəfinə yeni qrup yaradıb. SİA-ya açıqlama verən müğənninin sözlərinə görə, o, qrupa qızının adını verib- "Nuray".

Peşəkar musiqiçilərdən ibarət kollektivə məşhur klarnetçi Hakim Abdullayev başçılıq edir.


Qeyd edək ki, Elton Hüseynəliyev hazırda \"Mənimlə qal\" adlı albomu üzərində işləyir. Albom eyniadlı mahnının adını daşıyır. Sözləri Kənan Sultanov, musiqisi Nadir Hüseynova aid kompozisiya alboma Natəvan Həbibi ilə duet şəklində də daxil ediləcək.

Natəvan Həbibinin albomda Eltonla \"Dənizin nəğmələri\" mahnısının duet ifası da olacaq.


E.Hüseynəliyev bu ilin sonunda Bakıda Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş konsert verəcək. Konsertdə tanınmış türk ansamblı da olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com