Şou-biznes nümayəndələri mükafatlandırılıblar - FOTOSESSİYA
Bu gün Türkiyə Toxum Sənayesi və İstehsalçıları Birliyinin (TSÜAB) nümayəndələri, Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev, Türkiyə kənd təsərrüfatı nazirliyi əkinçilik idarəsinin sədri Mətin Kayçıoğlu və Türkiyə iqtisadiyyat nazirliyinin əkinçilik departamentinin sədir Tayfun Kılıç, eləcə də dənli bitkilər (buğda, arpa, yulaf və s.), sənaye bitkiləri (günəbaxan, qarğıdalı, pambıq və s.) toxumu və digər toxum istehsalı sahəsində fəaliyyət göstərən 41 şirkətin təmsilçiləri ölkəmizdə işgüzar səfərdədir.
SİA-nın məlumatına görə, TSÜAB-ın rəhbəri İlhami Özcan Aygün bildirib ki, hazırda Türkiyədə 500 toxumçuluq şirkəti fəaliyyət göstərir, ölkədən xaricə toxum ixracı isə 100 mln. dollar təşkil edir. Qarşıdakı illərdə bu rəqəmin 500 mln. dollara qaldırılması nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycanda toxumçuluğun daha da inkişaf etdirilməsi üçün bir
sıra layihələrin həyata keçirilməsi planlaşdırılır. Sentyabrın 8-dək ölkəmizdə
işgüzar səfərdə olan TSÜAB- nümayəndələri iki qardaş ölkə arasında bu sahə ilə
bağlı sənədlərin imzalanmasının vacibliyini qeyd edib.
Səfər zamanı tərəflər arasında əməkdaşlıq haqqında
protokolun imzalanması da gözlənilir.
Onu da əlavə edək ki, ölkəmizdə səfərdə olan Türkiyə kənd təsərrüfatı
nazirliyi əkinçilik idarəsinin sədri Mətin Kayçıoğlu, TSÜAB-ın sədri İlhami
Özcan Aygün və nümayədəndə heyətinin üzvləri öncə Ulu öndər Heydər Əliyevin
məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Xatırladaq ki, bu gün keçirilən mətbuat konfransında Azərbaycanın sevilən müğənniləri ətraf mühiti və əkinçiliyi dəstəkləyən türk iş adamları və TSÜAB tərəfindən elə bu nominasiyada mükafatlandırılacaqlar.
Onların sırasında xalq artisti Faiq Ağayev, əməkdar artist Tünzalə Ağayeva, Manana Çaparidze, Elza Seyidcahan, müğənnilər Rəhim Rəhimli, Sevda Yəhyayeva, "Bu şəhərdə" nin aktyorları Rafael və Coşğun, "Rəngarəng" verilişinin aparıcısı Zaur Nəbioğlu və mətbuat işçisi Aysər Həsənli mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB