Bu günlərdə əməkdar artisti Firuzə İbadova Məşhəd ziyarətindən qayıdıb. SİA-ya açıqlama verən müğənninin sözlərinə görə, o, Ramazan ayı ilə əlaqədar olaraq oruc tutub, xeyirxah işlərlə məşğul olub. Firuzə xanım ilk olaraq Məşhəd şəhərini, ardınca isə digər müqəddəs ziyarətgahları ziyarət etmək niyyətində olduğunu da gizlətməyib. O sıralardan Həcc ziyarəti də istisna deyil: "İrana tək deyil, ailə üzvləri ilə bərabər getdim. Bacım qızı Günel və onun övladları, öz qızım Hülya və nəvəm də mənimlə getdilər. İndi mənə baş çəkənləri qəbul edib, onlara ziyarətgahdan gətirdiyim hədiyyələri paylayıram. Bu səfər çoxdankı arzum idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB