Fətimə: “Heç kimə sirr deyil ki”-AÇIQLAMA

Fətimə: “Heç kimə sirr deyil ki”-AÇIQLAMA

Tanınmış rəqqasə Fatimə Fətəliyeva yay aylarının son günlərini Türkiyədə keçirməyə qərar verib. SİA-ya açıqlama verən Fatimənin sözlərinə görə, gərgin iş qrafikindən bir qədər üzaq olmağa imkan tapan kimi, qardaş ölkədə istirahət edib. Bu barədə rəqqasənin mətbuat katibi məlumat verib. Fatimə istirahət təəssuratları barədə bunları söyləyib: \"Heç kimə sirr deyil ki, sənətçilər il boyu gərgin iş qrafiki ilə işləyirlər. Toylar, el şənlikləri, çəkilişlər çox olduğundan istirahət etməyə imkan tapmırıq. Ona görə də əlimizə imkan düşəndə, fürsətimiz olanda biz də istirahət etməyə çalışırq. Bu il şəhər səs-küyündən, iş gərginliyindən bir qədər uzaq olmaq üçün Türkiyədə istirahət etməyə qərar verdim.

Heç kimə sirr deyil ki, Türkiyə dünyanın ən məhşur istirahət məkanları ilə seçilir. Düzdür, Azərbaycanda da çox maraqlı, gözəl istirahət yerlərimiz var. Bu yay Azərbaycanın bir neçə bölgəsində də imkan tapan kimi istirahət etmişəm. Ancaq Türkiyədə istirahət etmək daha rahatdır, çünki məni orda tanımırlar və rahat istirahət edə bilirəm. Çox keyfli, maraqlı istirahət anlarımız oldu. Anam və qızım da yanımda idi. Əsas odur ki, dincəldim\".

Onu da qeyd edək ki, Göyçək Fatimə Türkiyədən birbaşa Hollandiyaya yollanıb. Bu yaxınlarda Fatimənin Hollandiyada yaşayan qardaşı oğlunun kiçik toy mərasimi olacaq. Fatimə də bibi kimi üzərinə düşənləri yerinə yetirmək üçün sünnət toyunda iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə