Nazpəri Dostəliyevanın konserti böyük maraqla qarşılanıb - FOTO

Nazpəri Dostəliyevanın konserti böyük maraqla qarşılanıb - FOTO

Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva İsmayıllı rayonunda konsert proqramı ilə çıxış edib. SİA-nın məlumatına görə, konsert \"Təhsil günü\" və rayonun yaranmasının 80 illik yubileyinə həsr olunub.

"Sehir adlı" konsert proqramında xalq artistini dövlət məmurları, millət vəkilləri, diplomatik korpusun nümayəndələri iştirak edirdi.

Tanınmış klarnet ifaçısı Zahid Əliyevin rəhbərlik etdiyi \"Səda\" instrumental ansamblının müşaiyəti ilə İsmayıllı camaatının qarşısına çıxan Nazpəri xanım, elə ilk dəqiqələrdən bütün diqqəti öz üzərinə yönəltdi. Repertuarında yer alan hit mahnılarını səsləndirən müğənni, tamaşaçıların istəyi ilə bir neçə aşıq mahnısını da özünəməxsus şəkildə səsləndirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə