NEXT-in ən aktiv üzvü qrupu tərk etdi- FOTO

Qısa müddətdə vətəndə və onun hüdudlarından kənarda populyarlıq qazanan 4 yaraşıqlı oğlandan ibarət NEXT qrupunun ən aktiv və çox sevilən üzvlərindən biri qrupu tərk edib. Məlumata görə, qrup üzvləri arasında həmişə fərqlənən Seyran Babayev xarici ölkədə fəaliyyətini davam etdirəcək.

Bununla əlaqədar yeni layihələrin hazırlıqlarına başlayan müğənni SİA-ya açıqlamasında \"NEXT qrupunda iştirakını səhnə həyatında uğurlu başlanğıc kimi qiymətləndirdiyini deyib: "Heç kimə sirr deyil ki, istər vətəndə, istərsə də xaricdə peşəkar komanda ilə birgə çalışdıq. Bütün yaradıcı heyətə təşəkkür edirəm ki, mənə bu cür şərait yaratdılar. Onu da deyim ki, onlar bu addımımda da mənə dəstək oldular. Detallara toxunmadan deyim ki, Azərbaycan adına çox vacib layihələrə imza atacağımız gözlənilir".

Qrupun mətbuat xidmətindən verilən məlumata görə, NEXT fəaliyyətini davam etdirəcək: "Azərbaycan adına atılan hər bir uğurlu addıma sevinirik. Seyran NEXT- in ən sevilən və ən istedadlı üzvü idi. Amma bu təklifi nəzərə alaraq onun bu addımını dəstəklədik. O ki qaldı qrupu fəaliyyətinə, NEXT sentyabr ayında yeni heyyətlə işlərini davam etdirəcək\".

Bütün xəbərlər Facebook səhifəmizdə