“Yaxşı cazibə”nin qəhrəmanları Azərbaycanda mətbuat konfransı keçiriblər- FOTOSESSİYA

“Yaxşı cazibə”nin qəhrəmanları Azərbaycanda mətbuat konfransı keçiriblər- FOTOSESSİYA

Qardaş ölkə Türkiyədə yayımlanan və bir çox ölkələrdə maraqla izlənilən "Yaxşı Cazibə" serialının kollektivi avqustun 31-də paytaxtımızın qonağı olublar. SİA-nın məlumatına görə, yaradıcı heyət dünən media nümayəndələri ilə görüş keçirib. Mətbuat konfransında serialın əsas qəhrəmanları ilə yanaşı "Eurovision-2011" qalibimiz Nigar Camal və aktrisa Məlahət Abbasova da iştirak edib.

Konfransa başlayan kimi aktyorlar paytaxtımızın ekoloji baxımdan təmiz və səliqəli olduğunu dilə gətiriblər. Aslıhan Gürbüz özünü Azərbaycanda deyil, sanki Türkiyədə hiss etdiyini xüsusi vurğulayıb.

Olduqca maraqlı keçən mətbuat konfransında serial qəhrəmanları digər türk həmkarlarına nisbətən daha səmimi olublar. Yumoru və hazırcavablığı ilə yerli medianın rəğbətini qazanan serialın "Kamal" obrazı-Hakan Yılmaz sadə olduqlarının səbəbini açıqlayıb: "Bizi sadəcə bir çox insanlar tanıyır. Ancaq bizim sənətimiz həkimlərdən üstün deyil. Yanımdan bir həkim keçir ki, dünən axşam bir insan həyatını xilas edib. Nə olsun ki, onu tanımırlar. Ondan daha yaxşı iş görməyəcəyik ki".

"Yaxşı Cazibə"nin "Simgə"si Hande Katiboğlu isə serialda yaratdığı obrazla həyatda oxşar xüsusiyyətlərə malik olmadığını deyib.

Məlahət Abbasova serial və onun ətrafında gəzən tənqidlərə aydınlıq gətirib: "Aslıhanın Azərbaycan dilində yaxşı danışa bilməməsi tənqidlərə səbəb oldu. Lakin Bakıda Azərbaycan dilini bilməyən, lakin rusca danışan ailələr də çoxdur".


Tədbirdə iştirak edən Nigar Camal öz istəyi ilə bu seriala çəkildiyini deyib: "Mən bu seriala İngiltərədə olanda baxırdım. Məlahət Abbasovanın proqramında qonaq olanda bu arzumu dedim".


Aktyorlar Azərbaycanda serial çəkilişində əməyi olan bütün qurumlara, yerli mətbuat nümayəndələrinə və Məlahət Abbasovaya təşəkkür ediblər.


FOTO TrendLife

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com