Azərbaycanlı şairə-jurnalist Ülviyyə Alovlu bu günlərdə "Qoşa qala" restoranında ad günü mərasimi keçirib. SİA-nın məlumatına görə, qonaqlığa şairənin ən yaxın həmkarları və sənət dostları gəlib. Onlar arasında "Space" radiosunun baş prodüseri İlahə Şıxlinskaya, İTV-nin aparıcısı Könül Arifqızı, ATV-nin aparıcısı Nurlana, "Space" radionun DJ-i Gülnar Muradova, bəstəkarlar İsa Məlikov, Ülviyyə Vəliyeva və Rüstəm Qədirov, müğənnilərdən Faiq Ağayev, Röya, Rəhim Rəhimli və başqaları olub.
Bu gün həm Röya, həm də Faiq Ağayev Alovlunun ad günü münasibəti ilə pəhrizlərini pozduqlarını deyərək doyunca yeyib içiblər. Həmin gün şairə üçün ən gözəl sürprizi isə ən yaxın rəfiqəsi Röya Ayxan edib. Belə ki, məclisə ailəvi gələn ulduz 2 yaşlı balaca oğlu Hüseyni də gətirib.
Yeri gəlmişkən ad gününün keçirildiyi tarix Röyanın ailə qurmasının 3 illiyinə təsadüf etdiyindən bayram bayrama qarışıb. Şou əhli gecədən xeyli keçənədək əylənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB