Zülfiyyə Xanbabayeva Nura Suri haqqında nə söylədi?

Zülfiyyə Xanbabayeva Nura Suri haqqında nə söylədi?

Nura Surinin ifa tərzi, zövqü barədə zaman-zaman müxtəlif fikirlər səslənir. SİA-nın məlumatına görə, xalq artisti Zülfiyyə Xanbabayevanın Nura barədə söylədiyi son açıqlamaları maraq doğurdu.

Xalq artisti Nuranın çox istedadlı olduğunu bildirdi: "Bəzən müğənnilər bir-birini tərifləməyi bacarmır. Əgər həmkarının istedadı, gözəl səsi varsa, bunu söyləmək lazımdır. Nuranı uzun illərdir tanıyıram. Sənət aləmində Nuranı ən zövqlü qadın hesab edirəm. Onun həm gözəl səsi, həm istedadı, həm də qadın kimi gözəlliyi var. Mən hər zaman onun mahnılarını zövqlə dinləyirəm. O, sənətə gəldiyi gündən özünü təsdiqləyə bildi. Maraqlı repertuarı var. Səhnə Nuraya çox yaraşır. Mən onu "Evrovizion"da belə görürəm. Onun həm gözəl fakturası, həm də səsi var. Bu, müğənni üçün vacib amildir. Bir sözlə, mən Nuranı çox sevirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə