Gənc müğənni Günay İbrahimli yeni mahnı üzərində çalışır. Müğənninin mətbuat katibi Ceyhun Məhərrəmovun SİA-ya verdiyi məlumata görə, bir neçə ay bundan əvvəl "İzlər" mahnısı ilə yaradıcılığında uğurlar əldə edən Günay İbrahimli yeni mahnı hazırlayır. Beləliklə, musiqisi Pərviz Mahmudova, sözləri Leyliyə məxsus olan "Səndən öncə, səndən sonra" mahnısı bir neçə gündən sonra hazır olacaq.
Lakin mahnı hazır olduqdan sonra tamaşaçı və dinləyicilərin öhdəsinə buraxılacaq. Klip çəkilişləri təxminən bu ayın sonlarında başlayacaq. Klipin rejissor işi Nail Naiboğlunun öhdəsinə buraxılıb.
Onuda bildirək ki, mahnının aranjemançısı məşhur müğənni Gökhan Erolun qardaşı Hakan Erola məxsusdur.
Gənc ifaçı isə vurğulayıb ki, bu ifaya çox ümidim var: "İnanıram ki, ən azı "İzlər" qədər mənə uğur gətirən bir ifa olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB