Tanınmış rəqqasə Məryəm Süleymanovanın yenicə ana olması hər kəsə bəllidir. Uzun zamandır professional rəqslə məşğul olan Məryəmin yenidən peşəsinə dönməsini çoxları gözləyir. Elə SİA-nın bu sualına cavab verən Məryəm bu sözləri dedi: "Hələ hamiləykən həkimə iki sualım olurdu: birincisi, uşaq anadan olandan sonra nə vaxt onunla küçəyə çıxa biləcəyik, çünki o, dünyaya gəlməmişdən əvvəl hər gün yoldaşımla bərabər dostlarımızla görüşürdük. İkincisi isə işə nə zaman qayıda biləcəyim idi. Çünki bu, psixoloji cəhətdən mənim üçün olduqca çətindir. Mən enerji dolu bir insanam və evdə oturmaq bir az qəribədir. Həkimin sözlərinə görə, iki aydan sonra mən hərəkət etməyə başlamalıyam. Və sentyabr ayından etibarən işimə dönməyi düşünürəm".
Məryəm həmçinin onun ailə qurması ilə
bağlı gəzən bəzi söz-söhbətə də aydınlıq gətidi: "Çox
təəssüf ki, şou-biznesdə şaiyələr hər zaman gəzir. Toylarda çox oluram və
nikahın qondarma olub-olmadığını hiss edirəm. Bu, olduqca asandır, bəy və
gəlinin simasından, onların gözündən səmimi olub-olmadıqlarını oxumaq olar. Bizim
evlilik haqda bu cür fikirləşən varsa, yanılır. Yoldaşımla bir-birimizi sevirik
və ömür boyu bir yerdə yaşamağı özümüz seçmişik. Ətrafdakıların fikri məni
təbii ki, maraqlandırır, amma kiminsə sözünə görə ailə qurmaq düzgün deyil. Əsas
olan mənim həyatım, mənim xoşbəxtliyimdir. Ümumiyyətlə, son vaxtlar görürəm ki,
insanlar aqressivləşib. Əgər bir müğənni və ya aktyoru bəyənmirsinizsə, onun
haqda pis şayiələr qoşmaq lazım deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB