Əməkdar artist: “Mən özümü toy müğənnisi hesab etmirəm”-AÇIQLAMA

Əməkdar artist: “Mən özümü toy müğənnisi hesab etmirəm”-AÇIQLAMA

Azərbaycanın əməkdar artisti Gülyanaq Məmmədova özündən sonra sənətə gələn ifaçılar haqda danışdı. SİA-ya açıqlama verən Gülyanaq ondan gənc ifaçıların ondan daha çox pul qazandığını qəbul edir: "Həqiqətən düz deyirsiniz. Onlar bizdən çox baha qiymətə toya gedirlər. Mənə elə gəlir ki, hər halda sənəti olan müğənniyə olan hörmət fərqlidir. Mənim 5-6 saat zəhmət çəkib oxuduğumdan iki dəfə artıq o biri müğənniyə pul verirlər. Düzdür, bu sənətçi olaraq insana toxunur. Gəlir 20 dəqiqə, yarım saat fonoqramla oxuyur, məndən çox pul alıb gedir. Amma Allah böyükdür. Hər kəsin öz ruzusu var. Mən buna inanıram. Ola bilər, mən toy yiyəsindən o pulu istəsəm də mənə verməzlər. Amma şəxsən mən özümü toy müğənnisi hesab etmirəm. Mən sənətçiyəm. Ancaq toyda oxuyan müğənniyə də yuxarıdan aşağı baxmaq düzgün deyil. Mən həm toylarımıza, el şənliklərimizə gedirəm, həm də ciddi səhnələrdə, xarici ölkələrdə Azərbaycan muğamlarını, musiqimizi təbliğ edirəm. Toyu idarə etmək də o qədər asan deyil. Vallah, camaat da, siz də onların adlarını yaxşı bilirsiz. Toyda fonoqramsız oxuyan bir-iki müğənni var da... Qalanları elə fonoqramla toyu yola verirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə