Türkiyənin tanınmış müğənnisi paytaxtımızın qonağı olacaq- FOTO

Türkiyənin tanınmış müğənnisi paytaxtımızın qonağı olacaq-  FOTO

Türkiyənin ən çılğın müğənnisi Kendi Bakıda konsert verməyə hazırlaşır. Azərbaycana hələ öncədən gəlmək arzusunda olan müğənni ölkəmizə olan marağını gizlətməyib.

Kendinin ailəsində yaxın qohumlarından birinin azərbaycanlı xanımla ailə həyatı qurması onun ölkəmizə marağını daha da artırıb: "Bakıya gəlib oranın mədəni həyatı ilə tanış olub insanları yaxından tanımaq, Azərbaycan mətbəxini dadmaq ən böyük arzumdur\".

Konserti barədə danışan müğənni tamaşaçılara maraqlı şou hazırladığını da bildirib: "Tamaşaçıları seksi şou, gözəl performans, gözqamaşdırıcı səhnə geyimi ilə təəccubləndirəcəyəm".

Qeyd edək ki, sentyabr ayında baş tutacaq konsert şəhərin ən dəbdəbəli klubunda keçiriləcək.

Məlumat üçün bildirək ki, Kendi 4 yaşından musiqi ilə məşğul olur. Klassik baletə maraq göstərən müğənni professional kariyerasına 2009-cu ildə başlayıb. "Aksi" isimli singlı və 2 albom buraxdırıran Kendi Türkiyədə əsasən klipləri ilə diqqət çəkib. Hazırda yeni klipinin çəkilişlərinə hazırlaşan müğənni Tarkanın komandası ilə çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə