Xanəndə Qoçaq Əsgərovun bu ilin mayında İtaliyanın "Filmay" musiqi şirkəti tərəfindən buraxılan diski müxtəlif ölkələrdə müzakirə edilir. Diskin buraxılmasında böyük əməyi olan YUNESKO-nun eksperti, musiqişünas Sənubər Bağırovanın məlumatına görə, şirkət rəhbərliyinin təşəbbüsü ilə disk müxtəlif ölkələrin musiqi mütəxəssislərinə göndərilib. Şirkət rəhbərliyi azərbaycanlı xanəndə və musiqiçiləri haqqında müsbət rəy almaqda davam edir. Almaniyanın "Dünya ritmləri" adlı məşhur radio stansiyası isə diski bəyənməklə kifayətlənməyib, onu "Qlobal vise" verilişində səsləndirib. Bu günlərdə məşhur musiqiçilərin rəyi ilə ifası radio stansiyada səsləndirilən yüzlərlə dünya musiqiləri arasında 2011-ci ilin 20-liyi müəyyən edilib. Qoçaq Əsgərovun adı Play-list-ə yer tutan ən yaxşı dünya musiqiçiləri ilə bir siyahıda səslənib. 19-cu olan xanəndənin "Bayatı-Şiraz" dəsgahı və "Bir çoban qızını gördüm" təsnifi 20-likdə yer almaqla yanaşı, təkrar-təkrar radio dalğasında səsləndirilir.
Sənubər xanımın əlavəsinə görə, xanəndə haqqında İtaliyada buraxılan və ən yaxşı dünya musiqiçiləri haqqında yazan "BLOWUP" dərgisi rəy yazıb. Xatırladaq ki, mayda diskinin təqdimatından sonra konsert proqramı ilə çıxış edən Q.Əsgərovun ifasını jurnalın yazarlarından biri izləyib. Ötən ay işıq üzü görən və bir çox ölkələrdə satışa verilən jurnalın iki səhifəsi azərbaycanlı xanəndə haqqında danışıb. Səhifənin birində musiqiçinin müsahibəsi və konsertindən fotolar, digərində isə diski haqqında yazılıb. Qeyd edək ki, ilk yazı "Qarabağdan xanəndə" başlığı ilə dərc edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB