Sertab Erenerden Azərbaycanlı müğənniyə gözlənilməz sürpriz - FOTOSESSİYA

Sertab Erenerden Azərbaycanlı müğənniyə gözlənilməz sürpriz -  FOTOSESSİYA

2 aydır Türkiyənin \"Star\" kanalında yayımlanan "Star Akademy" yarışmasında Azərbaycanı təmsil edən həmyerlimiz Elyanə Əhmədova prodüseri Cenk Kamal tərəfindən gələn gözlənilməz sürprizlə qarşılaşıb. Cenkin SİA-ya verdiyi məlumat görə, xeyli zamandır əzizlərindən uzaq düşən Elyanənin atası qızını görmək üçün yarışmaya gəlib. Müğənnidən xəbərsiz konsert zalına daxil olan atasının gəlişini Elyanə münfislər heyətində əyləşən tanınmış müğənni Sərtar Erenerdən eşidib. Səhnədə göz yaşlarını saxlaya bilməyən Elyanə hislərini sözlə ifadə edə bilməyib.

Məlumat üçün bildirək ki, hər həftə uğurlu çıxış edən Elyanənin şousunu məşhur müğənni Ajda Pekan çox bəyənirdi. Bu dəfə də bəyənməsinə baxmayaraq Elyana sona qaldı. Gələn həftə fərqli ifa nümayiş etdirəcəyinə söz verən Elyanə yaxşı-yaxşı hazırlaşacağını da qeyd etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə