Model Günay Musayeva: “Bəyəm orada toyları yoxdur?”- AÇIQLAMA
Bu il "Best of the World" yarışmasında Azərbaycanı ikinci pilləyə yüksəldən model Günay Musayeva yerli şou-biznes əhlinin Türkiyəyə maraq göstərməsindən danışıb. \"Facebook\" vasitəsi ilə SİA-ya açıqlama verən Günayın sözlərinə görə, müğənnilərimizin Türkiyə şou-biznesinə can atmasının səbəbi ona da müəmmalı qalır: "Bu məsələ mənə də çox maraqlıdır. Niyə onlar orada fəaliyyət göstərməyi bu qədər arzu edirlər? Bəyəm orada toyları yoxdur? Qazana bilmirlər? Axı, orada yaxşı toy bazarı var. Onlar məclislərdən yaxşı pul qazanırlar. Niyə gəlmək istəyirlər ki? Mən bu sualı sizdən soruşmaq istərdim. Niyə Türkiyə və məhz İstanbul? Axı bu o qədər də asan iş deyil. Bizimkilərdən çox adam buna cəhd göstərdi, amma alınmadı. Elə müğənnimiz var ki, oradakı kanallarda gündə 100 dəfə klipi gedirdi, amma tanıyan yox idi".
Model türk kanallarına çıxmaqdan da söz açdı: "Kral TV asandır. Ayda 15 min dollar ödə, bütün günü göstərsinlər (gülür). Əslində, puldan daha önəmli insanların sevgisidir. Pul həyatda hər şeyi həll etmir. Amma sevgi çox şeyə qadirdir. Şöhrətin zirvəsinə qalxmaq asandır, amma orada dayanmaq çox çətindir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB