Havalar Natəvan Həbibinin planlarını alt-üst etdi

Havalar Natəvan Həbibinin planlarını alt-üst etdi

Azərbaycanın tanınmış müğənnisi Natəvan Həbibi 19 avqust tarixində Nabranda yerləşən istirahət mərkəzlərinin birində konsert proqramı ilə çıxış edəcək. Konsertin təşkilatçısı prodüser Tolikin SİA-ya verdiyi məlumata görə, konsert 13 avqusta təyin edilmişd. Lakin havaların pis keçməsi ucbatından konsertin vaxtı dəyişildi: "Təklif məndən gəldi və Natəvan da öz şərtlərini irəli sürüb razılaşdı. Natanın pərəstişkarlarının hamısına səslənib deyirəm ki, çox fərqli bir proqramın şahidi olacaqsınız. Məxsusi olaraq Bakıdan səhnənı daha ecazkar etməkdən ötrü səs və işıq avandanlıqları, lazer aparatları aparacağıq. Bir sözlə, səhnədə əsl şounun baş tutması üçün nə lazımdırsa ən xırda detalına qədər quraşdırılacaq".

Qeyd edək ki, konsertin adı müğənni yeni çəkdirdiyi klipin adını daşıyır- "Ayrılmarıq...!".

Bütün xəbərlər Facebook səhifəmizdə