Röyadan fanatlarına sevindirci, rejissorlara isə üzücü xəbər var

Röyadan fanatlarına sevindirci, rejissorlara isə üzücü xəbər var

Röya fanatlarını sevindirəcək. Müğənni yeni klip üzərində çalışır. Müğənninin yaxın ətrafından SİA-ya daxil olan məlumata görə, o, yeni çıxan "Sənə görə"mahnısına klip çəkdirib. Klipin üzərində Türkiyənin yaradıcı heyəti çalışıb. Müğənni iddia edir ki, türklərlə işləmək daha rahatdır. Röya vurğulayıb ki, bir daha Azərbaycanda klip çəkdirməyəcək.

Yeni klip ən yaxın zamanda tamaşaçılara nümayiş olunacaq. Hazırda Türkiyədə olan müğənni "Sənə görə" klipinin görüntülərini götürməklə yanaşı, "Sən və mən" mahnısının klip çəkilişlərinə də başlamağı düşünür.

Bütün xəbərlər Facebook səhifəmizdə