Yay günlərində hər kəsin istirahət etməsinə baxmayaraq əməkdar incəsənət xadimi Gövhər Həsənzadə dayanmaq bilmir. Hazırda Avropa ölkələrinin birində işgüzar səfərdə olan bəstəkar Azərbaycanda da yeniliklərə imza atır.
Bəstəkarın mətbuat katibi Ceyran Nərimanın SİA-ya verdiyi məlumata görə, Gövhər xanım xalq artisti Mübariz Tağıyevlə hərbi vətənpərvərlik mövzusunda layihə üzərində işləyirlər. Proyektin ilin sonuna kimi hazırlanması və həyata keçirilməsi planlaşdırılıb.
"Bu il qələbə ilidir"-adlı mahnısı hərbi orkestrin müşaiyyəti ilə Mübariz Tağıyevin canlı ifasında lentə alınacaq.
Mətbuat katibi əlavə edib ki, Gövhər Həsənzadə həmçinin Almaz Ələsgərova, Kərim Abbasov, "Pop-star" iştirakçısı Mahir Zeynalov ilə də iş birliyinə imza atır.
Yaradıçılığna uzun müddət fasilə verən İlahə Fəda isə səhnəyə yenidən qayıdışını Gövhər Həsənzadənın mahnıları ilə başlamaq istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB