Sevda Yahyeyeva: “Çünki biz neçə il bir süfrə arxasında çörək kəsmişik”- AÇIQLAMA

Sevda Yahyeyeva: “Çünki biz neçə il bir süfrə arxasında çörək kəsmişik”- AÇIQLAMA

Səhnəyə gəldiyi andan hər kəsin hörmətini saxlayan müğənni Sevda Yahyayeva da həmkarlarından ara-sıra inciyir. Onun sözlərinə görə, karyerasına başlayanda ona bəzi müğənnilər dəstək olurdular. SİA-ya açıqlama verən Sevda hazırda onu tək qoyan həmkarlarından söz açdı. Görəsən, Sevda onların yoxluğuna təəssüflənirmi: "Qətiyyən! Hamıya uğurlar arzulayıram. Artıq öz ayaqlarım üzərində durmağı bacarıram. İlk karyerama da solo ifaçılıqla başlamışam. Bir çox həmkarlarım ilə də duetlərim olub. Bizim münasibətlərimiz dostluq əlaqələri üzərində qurulub. Təbii ki, bu təkliflər hər iki tərəfdən olub. Hazırda da bir çox yerlərə tək dəvət alıram. Hətta bir çox reklamların üz qabığında çəkilmişəm".

Bu yaxınlarda gözəllik və estetik mərkəzlərin birinin reklamına çəkilmişəm. Niyə də üzülməliyəm? Hər kəs özü nələrəsə nail olmaq istəyir. Heç kimə qarşı nə paxıllığım, nə də kinim var. Yenə də onlara hörmət edirəm. Çünki biz neçə il bir süfrə arxasında çörək kəsmişik".

Bütün xəbərlər Facebook səhifəmizdə