Azərbaycan toylarının kralı seçilən Manafa Ağayev efiri tamam
yadından çıxardıb. Buna baxmayaraq müğənnin toylardan şikayəti yoxdur. Ancaq
müğənni bu titula sahib olduqdan sonra ona qarşı fikirlərin dəyişdiyi deyilir.
SİA-ya açıqlama verən Manaf məsələyə belə aydınlıq gətirdi: "Bəli, bir çox insanların münasibəti dəyişdi. Çox sözlər danışırdılar.
Deyirdilər, guya 1 milyon səsi özüm-özümə göndərmişəm. Görün nə qədər pul
eləyir? Ağılsız insan belə düşünə bilər. Əgər klassik, retro mahnılarının
müsabiqəsi olsaydı, mən qatılmazdım. Ancaq toy mənə aiddir, 1980-ci ildən mən
toylara gedirəm. Həmişə mənim üçün yaşıl işıq yanıb. Xalqımın sevgisinə,
hörmətinə dostlarımın dəstəyinə arxalanıb verilişə qatıldım, qazandım.
Həyatımda çox şeylər dəyişmədi, amma prinsiplə oynadım və qazandım. Hər gülün
öz ətri var, məni sevən də var, sevməyən də. Hərənin öz zövqü var. Mənim
üçün səhnə elə toydur. Nəyə görə çalışırıq? Çörək puluna görə. Toyda oxumağı
bacarmayanlardır toya getməyənlər. Başqa gəlir mənbəyimiz yoxdur. Mənim üçün
bütün həmkarlarım gündəmdədir. Hər kəsin öz dinləyicisi, izləyicisi var. Əsas
oxumağı toyda görürəm. Şəxsən mən fəxr edirəm ki, toylara gedirəm. Toy aparmaq
hər kişinin işi deyil".
Müğənni həmkarı Tacirlə münasibətindən də danışdı: "Tacir də mənim kimi iştirakçı idi. Qalib gəlmək istədiyini açıq-aşkar deyirdi. Sonra verilişi tərk elədi. Münasibətimiz normaldır".
Müğənni həmkarı Tacirlə münasibətindən də danışdı: "Tacir də mənim kimi iştirakçı idi. Qalib gəlmək istədiyini açıq-aşkar deyirdi. Sonra verilişi tərk elədi. Münasibətimiz normaldır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB