Yeganə: “Ananın qədrini ana olanda biləcəksən”

Yeganə: “Ananın qədrini ana olanda biləcəksən”

Ailə qurduqdan sonra Türkiyəyə köçən müğənni Yeganə ara-sıra Bakıya gəlir. Yoldaşı Fateh və balaca oğlu Ömərlə paytaxtın qonağı olan müğənni jurnalistlərlə görüşməyi unutmur. SİA-ya açıqlama verən Yeganə son bir ildə baş verən dəyişikliklərdən danışdı: "Ötən ildən bu yana çox şey dəyişib. Bu il ailəm daha da böyüdü. Ana oldum. İşdən əlavə şəxsi həyatımda çox dəyişikliklər oldu. Anamın hər zaman bir sözü var idi - "Ananın qədrini ana olanda biləcəksən". Onu da deyim ki, ana olmamışdan öncə yuxudan tez oyana bilirdim, ancaq indi günorta saat 3-də güclə oyadırlar. Əvvəlki Yeganə ilə indiki Yeganənin arasında dağlar qədər fərq var".

Müğənni ailə qurmadan öncə də keçirdiyi hissləri yada saldı: "Bütün müsahibələrimdə demişəm ki, sənətimi ailəmə qurban verərəm. Mənim üçün ən önəmli şey ailəmdir. Əgər pul qazanıb soyuq evə girib, soyuq yatağa tək baş qoyacağamsa, o qazandığım pul nəyimə lazımdır? O qədər tək yaşamışam ki, hələ də inana bilmirəm ailəliyəm. Hərdən uşağımı da unuduram. Sonra birdən yadıma düşür. Mən də inanmırdım ki, gözəl ailəm, övladım olacaq. Ancaq Allaha qurban olum. Bütün xanımlara ana olmağı arzu edirəm. Həyatda çox kövrək insan idim, ana olduqdan sonra bu xüsusiyyətim özünü daha çox büruzə verir. Ana olmaq çox çətindir. Ancaq elə qadın sənətçilərimiz var ki, sənətinə görə hər şeyi qurban verməyə hazırdır. Lakin müəyyən vaxt keçdikdən sonra tamamilə tək qalırsan. Allah nəyi verirsə, hər şeyi olduğu kimi qəbul edirəm. İnsan yaşlandıqca tənhalıqdan daha çox qorxur.

Hazırda bir çoxları televiziyada nümayiş olunan evlilik proqramlarına çox pis baxır: \"Ancaq Türkiyədə 70 yaşlı qadının 7 dəfə ailə həyatı qurmasının şahidi oluram. Hərdən onların bu yaşda ər axtarmalarını qınayıram, ancaq hərdən də onların tənha qalmaqdan qorxduğunu düşünüb anlayıram. Onlar özlərinə ər yox, həyat dostu axtarırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə