Azərbaycanlı rəqqasə: “Hər səhər özüm onu geyindirirəm”- AÇIQLAMA
Təzə ana olan rəqqasə Məryəm Süleymanova çox xoşbəxtdir. Rəqqasə hisslərini SİA ilə bölüşdü: "Mən körpəmi ana südü ilə bəsləyirəm. Xəstəxanada hamı məəttəl qalırdı. Elə düşünürdülər ki, sənət adamı olduğumdan özümü formada saxlamaq üçün uşağıma süd verməyəcəyəm. Ancaq mən bunu sevərək edirəm və uşağımın nazı ilə oynamaq, ona qayğı göstərmək çox xoşuma gəlir. Əlbəttə ki, uşaq üçün nəzərdə tutulmuş xüsusi qidalardan da istifadə edirik, amma az miqdarda. Hər səhər özüm onu geyindirirəm. Uşağı dünyaya əməliyyat yolu ilə gətirmişəm. Lakin narkoz ümumi olmayıb, mən əvvəlcədən epidural anesteziya istədiyimi söyləmişdim, çünki içimdə qorxu hissi vardı. Düşünürdüm ki, onu təsadüfən digər uşaqlarla səhv sala bilərlər. Bir sözlə, uşağımın dünyaya gəlməsini öz gözlərimlə görmək istəyirdim. Buna baxmayaraq bir müddət onlar mənə sakitləşdirici verdilər və övladımın ilk qığıltısını eşidə bilmədim. Özümə gələndən sonra tibb bacısı onu mənim yanağıma yaxınlaşdırdı və o an həyatımın ən gözəl anlarından birinə çevrildi. Mən ana olduğumu anladım".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB