Azərbaycanın tanınmış müğənnisi Günel Ələkbərovanı növbəti dəfə qarət ediblər. Günelin SİA-ya verdiyi məlumata görə, onun "Hyundai Sonata" markalı avtomobilini yaşadığı binanın qarşısında soyublar.
Müğənni avtomobilinin içində qiymətli əşyalarının və pul kisəsinin oğurlandığını iddia edir: "Maşınımın şüşələrini sındırıb \"bardaçok\"da nə varsa, aparıblar. Balaca kamera, pul kisəsi".
Müğənni hal-hazırda polis bölməsində izahat verir. Avtomobili isə ekspertizadadır.
Qeyd edək ki, belə hadisə ilk dəfə deyil müğənninin başına gəlir. Bundan öncə də onun avtomobilini qarət edərək, qiymətli nəyi varsa aparmışdılar. Günel yaşadığın ünvandan da sikayətlənir. Onun sözlərinə görə, belə hadisə məhəllə sakinlərinin başına tez-tez gəlir. Onların məhəlləsində oğru var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB