Aygün Bəylər: “Ayağını ayağının üstünə qoyub tərs-tərs baxır”-AÇIQLAMA
İndiki dövrdə Azərbaycan müğənnilərinin başı sənətdən çox toy biznesinə qarışıb. Elə bu məsələ ilə bağlı SİA-ya açıqlama verən əməkdar artist Aygün Bəylər oldu. Onun sözlərinə görə, toy mədəniyyət nümunəsidir: " İndi dünyaya baxış, yanaşma tərzim tamam başqadır. Toy çox əla mədəniyyət nümunəsidir. Musiqi sənətinə ilk başlayan adamın yetişməsi, pulun qazanılması, evin-eşiyin olması, məşqlər və başqa amillər üçün toy xüsusi yerdir. Bunları sadalamaqla özümü nəzərdə tutmuşam. Çünki məşqlərimi toylarda etmişəm. Əvvəllər toylarımız bugünkü kimi deyildi. Əvvəllər toylarda kim nə istəyirdisə, onu da oxusun, yaxud bugünki kimi qarışıqlıq yaransın və başqa bu kimi amillərə rast gəlmək mümkün deyildi. Unutmaq olmaz ki, toy mədəniyyətimizin tərkib hissəsidir. Toy musiqiçi üçün başqa bir səmtdir. Yeganə Zeynəb Xanlarovadan başqa hamı toya gedib və gedir. Hazırda toylarımızın əksəriyyətinin vəziyyəti çox pisdir. Müğənnilər toylarımızın səviyyəsini aşağı endiriblər. Salona daxil olursan, bir-birinə salam vermirlər. Baxırsan uşaqdır, ayağını ayağının üstünə qoyub, tərs-tərs baxır. Nə bilim e!..
"Əvvəl bu cür danışa bilməzdim, amma hazırda sənətdəki təcrübəm imkan verir ki, bunları vurğulayım. Mən artıq hücuma keçmişəm. Musiqi sənətinin sərkərdəsiyəm! Qurban olum, xalq artistləri oxuya bilməyənləri tərifləməsinlər də... Allah haqqı, elə şeylər görürəm ki, buradan köçüb getmək istəyirəm. Amma tez də fikrimdən yayınıram. Elə həmin insanlardır ki, toylardan gəliblər. Keçmişdə böyük-kiçik vardı, hər kəs yerini bilərdi. Bu gün isə toylarımızda yaşından asılı olmayaraq hər kəs bir-birinə qarışıb. Xaos vəziyyəti yaranıb. Hətta, biabırçılıq... Danışanda da mədəniyyətsizlik nümayiş etdirirlər. Atlar ölüb, itlərin bayramıdır?! Bilsinlər ki, sənətimiz ölməyib, yaşayır. Musiqi tarixinə nəzər salsaq, kimləri görərik? Sadaladıqca bitməyən şəxsiyyətləri. Elə bu gün gördüyümüz işləri də həmin sənətkarların yaradıcılıqlarının üzərində qurmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB