Gülyanaq Məmmədova: “Deyim ki, bizdə hər şey idealdır, gülməli səslənər”- AÇIQLAMA

Gülyanaq Məmmədova: “Deyim ki, bizdə hər şey idealdır, gülməli səslənər”- AÇIQLAMA

Azərbaycanın əməkdar artisti Gülyanaq Məmmədova həyat yoldaşı ilə münasibətindən söz açdı. SİA-ya açıqlama verən müğənni bu sahədə olan boşanma hallarından danışdı: "Allah bizdən uzaq eləsin. Vallah nə deyim? Mən başqaları barədə nəsə deməyə qorxuram. Mən öz ailəmə cavabdehəm. İstəməzdim ki, ailəmdə problem yaransın. Çalışıram ki, ailədə biri-birimizi başa düşək. Yoldaşım da mənə hörmət edir, məni başa düşür, dəstək olur. Təbii ki, hər bir ailə kimi bizdə də problemlər olur. Bizim də sözümüz düşür. Ancaq onu qabartmırıq, şişirtmirik. Ailə bir günlük qurulmayıb ki?"

Görəsən bir çox tədbirlərdə iştirak edən və gözönündə olan sənətçinin həyat yoldaşı onu qısqanmır? Gülyanaq bu suala belə cavab verdi: "Ailədə kişi-qadın varsa, qısqanclıq olmalıdır. Bu təbiidir. Ancaq o dərəcədə yox. Çünki biz biri-birimizə inanırıq. Ailədə sevgi ilə yanaşı, qarşılıqlı hörmət, inam olmasa, o ailənin ömrü uzun olmaz. Düzdür, bu barədə mübahisələrimiz olmur. Ancaq olub ki, məni qastrola getməyə qoymayıb. Deyim ki, bizdə hər şey idealdır, gülməli səslənər. Qastrola getməyə dəvət aldığım zamanlar olub ki, yoldaşım istəməyib gedim, imtina etmişəm. Sadəcə, o dərəcədə qadağalar yoxdur".



Bütün xəbərlər Facebook səhifəmizdə