Cavan Zeynallı da klip çəkdirdi

Uzun müddətdir məşhur azərbaycanlı cazmen və müğənni Cavan Zeynallının yaradıcılığında yenilik yox idi. Belə ki, Cavan Zeynallı sözləri Eldar Allahyaroğluna, musiqisi Novruz Aslana məxsus "İllərim" mahnısına klip çəkdirib.

Klipin rejissoru Nail Naiboğludur. SİA-ya açıqlama verən Nailin sözlərinə, klipin operatoru Elmir Süleymanov, prodüseri Pərviz Oqtayoğlu, montajçısı isə Rəşad Həsənovdur.


"Klipdə Cavan Zeynallı ilə birlikdə 9 aktyor iştirak edib. Klip insan həyatının ayrı-ayrı yaşlarında keçirdiyi yaşantıları əks etdirir. Cavan müəllimlə işləmək mənə zövq verdi. Çünki bir sənətkar kimi kamera qarşısında çox peşəkar oynayır. Düzdür, o, havaların isti keçməsinə görə, klipin çəkilişini sentyabr ayına saxlamaq istəyirdi. Ancaq mən rejissor kimi inadkarlıq göstərdim və klipi bu isti havalarda çəkdik", Nail Naiboğlu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com