Elmira Ələkbərzadə ənənəsini pozdu

Elmira Ələkbərzadə ənənəsini pozdu

Azərbaycanlı müğənni Elmira Ələkbərzadə hər zaman lirik mahnılara üstünlük verirdi. Lakin bu dəfə müğənni ənənəsini pozdu. SİA-ya açıqlama verən Elmira xanımın sözlərinə görə, o, indi daha ritmik mahnıya müraciət etmək istəyir.

E.Ələkbərzadə, heç bir bəstəkarın mahnısını bəyənmədiyini və bu mahnını eşidən kimi ifa etmək qərarına gəldiyini söyləyib.


Azərbaycan haqqında olan mahnı daha çox Şotland üslubundadır. Mahnının sazla sintez olunacağını bildirən E.Ələkbərzadə "Vətən" haqqında mahnı ifa etdiyi üçün çox sevindiyini bildirib. Əcnəbi ölkədə yaşayan azərbaycanlı olan bu mahnının bəstəkarının bəstəsi Emma xanımın çox xoşuna gəlib. Müğənni bundan sonra daha çox ritmik mahnılara üstünlük verəcəyini də bildirib.


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB