Röyadan “Röya”

Haqqında yazmağı internet saytlarına qadağa qoyan müğənni Röya Ayxanın yaradıcılığında yenilik var. Müğənninin yaxın ətrafından SİA-ya daxil olan məlumata görə, o, fərqli və analoqu olmayan albom üzərində çalışır.

Müğənninin adı ilə eyni olan albom Azərbaycanda deyil, Türkiyəyə buraxılacaq.

Albomun özəlliyi onun rəng çalarlarında və formasında olacaq. Alboma alışdığımız qədəri ilə bir deyil, iki disk daxil olacaq.

Diskin birində müğənninin son 16 hiti və eksklüziv mahnıları, digərində isə sonuncu konsertinin video görüntüsü yer alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə