Azərbaycan müğənniləri Maykl Ceksonun şərəfinə oxuyacaqlar

Azərbaycan müğənniləri Maykl Ceksonun şərəfinə oxuyacaqlar

29 avqust tarixində pop musiqisinin kralı,mərhum Maykl Ceksonun 53 yaşı tamam olur. SİA-nın məlumatına görə, məhz bu münasibətlə dünyanın bir çox ölkələrində ifaçının fan-klubları onun şərəfinə mərasim keçirir.

Azərbaycanda da 28 avqust tarixində Bakının caz mərkəzində pop-kralın xatirəsinə həsr olunmuş tədbir keçiriləcək. Tədbirin təşkilatçıları Maykl Ceksonun Azərbaycandakı fan-klubudur.

Mərasimdə Azərbaycan müğənnilər də iştirak edəcək. Onların sırasında Tünzalə Ağayeva, Samira, Məryam Şabanova, Azad Şabanov, "Spayder" rəqs qrupu, "Dəyirman" rep qrupu və başqaları var.

Bütün xəbərlər Facebook səhifəmizdə