Azərbaycanın tanınmış müğənnisi Natəvan Həbibi yeni klip çəkdirib. Sözləri Mətanət xanıma, musiqisi Fərid M. Bayramlıya aid "Ayrılmayaq" adlı mahnıya çəkilən klipin rejissoru Nail Naiboğludur.
Bu barədə SİA-ya rejissor Nail məlumat verib: "Çəkilişlər İzmir parkında baş tutub. 50 nəfər işçi heyətinin çalışdığı klipdə Natəvan 2 libas dəyişib. Natəvan xanımın klip çəklişlərinə qədər kaprizlərini görsəm də, çəkiliş meydançasında ondan razı qaldım. Klipə başlamazdan öncə həttə çəklişdən imtina etmək istəyirdim. Ancaq yaxşı ki, çəkdim. Çünki şübhəm yoxdur ki, klip əla alınacaq. Əminəm ki, bu klip Natəvanın bu günə qədər ən yaxşı və bahalı işidir".
Qeyd edək ki, bu dəfə Natəvanla birgə rejissoruun qızı Nailə və oğlu Hüseyn də çəkilib. "Ayrılmayaq"da Həbibi elə müğənni obrazındadır. Sosial mövzuda çəkilən klip avqust ayının sonunda hazır olacaq.
Vurğulamaq yerinə düşər ki, 12 aktyorun çəkildiyi klipin operatoru Elmir Suleymanov, prodüser Pərviz Oqtayoğlu stilist isə Anar Ağakişiyevdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB