Fərda Xudaverdiyev də bəzi müğənnilərin yolu ilə getdi- FOTO

Fərda Xudaverdiyev də bəzi müğənnilərin yolu ilə getdi- FOTO

Sabah Nabranda, \"Atlant\" istirahət mərkəzində məşhur yumor ustası Fərda Xudaverdiyevin yeni şousu təqdim olunacaq. Konsertin təşkilatçılarından olan Hüseynağa İmanovun SİA-ya verdiyi məlumata görə, Fərdanın "Stend ap şou"su tək onun çıxışı ilə keçməyəcək. Belə ki, aktyorla birgə səhnədə gənc müğənnilər Ayan və Samira da çıxış edəcək.

Vurğalayaq ki, söhbət hər kəsin yaxşı tanıdığı Ayan Babakişiyevadan və Samira Allahverdiyevadan getmir. Söhbət yeni eyniadlı xanımlardan gedir.

Səhərə qədər keçirilməsi nəzərdə tutulan alovlu diskotekada aktyor hər kəsə gözəl istirahət və pozitiv enerji bəxş edəcək.

Məhz yay aylarında bir çox tanınmış ifaçılar Nabranda konsert verməyi üstün tuturlar.

Bütün xəbərlər Facebook səhifəmizdə