Azərbaycan müğənniləri dünyanın məşhur “Billboard” jurnalında- FOTO

Azərbaycan müğənniləri dünyanın məşhur “Billboard” jurnalında- FOTO
Dünyanın məşhur "Billboard" jurnalının Rusiya nəşrinin növbəti nömrəsində "Mersi Baku" adlı məqalə çap olunub. SİA-nın məlumatına görə, məqalə Azərbaycan estradasında pop-musiqini diqtə edənlərə həsr olunub.


Məqalənin müəllifi qeyd edib ki, Eldarla Nigarın "Eurovision"da qalibiyyəti bütün dünyanı Azərbaycan musiqisinə yeni gözlə baxmağa məcbur etdi.


"Rusiya müğənnilərindən geri qalmayan Azərbaycan ifaçıları da xarici ulduzlarla layihələr həyata keçirməyə maraqlıdırlar. Ancaq ruslar qərb musiqisinə maraq göstərdiyi halda, azərbaycanlılar daha çox şərq ifaçılarına üstünlük verirlər"- müəllif yazır.


Qeyd etmək yerinə düşər ki, məqalədə Azərbaycan müğənnilərindən Emin Ağalarov, Aysel və Araş, Safurə Əlizadə, Roza Zərgərli, Röya Ayxan, Elşad Xose, Ramal İsrafilov, Murad Sadıx kimi ifaçıların və H.O.S.T. qrupunun adı qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com