Rəqqasə Fatimə Oksanaya cavab verdi- QALMAQAL

Rəqqasə Fatimə Oksanaya cavab verdi- QALMAQAL

Son zamanlar rəqqasə Oksana Rəsulovanın adı böyük qalmaqallarda hallanır. Ailə dramması o qədər çirkin şəkil aldı ki, rəqqasə mətbuata açıqlama vermək məcburiyyətində qaldı. Ancaq bütün bunlara baxmayaraq, Oksana şəxsi həyatında baş verən problemləri bir qədər unutdurmaq üçün yenidən həmkarlarının bostanına daş atmaq taktikasına üstünlük verdi. Belə ki, rəqqasə ATV telekanalının "Gün keçir" verilişində yenə həmkarlarına söz atdı. Oksana hind rəqslərində rəqibsiz olduğunu və Azərbaycanda bu rəqsi peşəkar şəkildə yalnız onun tərəfindən təqdim olunduğunu iddia etdi.

Ancaq Oksanın iddialarına cavab özünü çox gözlətmədi. Belə ki, həmkarı Fatimə Fətəliyeva Oksananın sözlərinə sərt cavab verdi. Hazırda Bakıda olmayan Fatimə telefonla SİA-nın vasitəsilə ürək sözlərini çatdırdı: "Əvvəla mən peşəkar rəqqasəyəm. Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmişəm. Hazırda isə Azərbaycan Dövlət Mahnı Teatrının solistiyəm. Qaldı ki, hind rəqslərinə, mən nəinki hind rəqslərini, eləcə də bir çox digər xalqların milli rəqslərini ifa edirəm. Məhz bu rəqsi profesional şəkildə öyrənmək üçün isə Hindistanda peşəkar müəllimlərdən dərs almışam. Mənim ilk hind müəllmim də İlham Kərimli olub. Mən İlhamla birlikdə Hindistanda təhsil alarkən oranın bir çox folklar rəqslərini, Bollivud , Caypu, Mədrəs və digərlərini öyrənmişik. Şükür ki, repertuarımda da bu rəqslər var. Bu barədə dəfələrlə açıqlama vermişəm. Bir daha xatırladıram ki, Hindistanda Dehli şəhərində Hind Klassik məktəbində təhsil almışam. Kimsə üçün isə maraqlıdırsa onu da açıqlaya bilərəm ki, müəllimimim adı Ravi Çandra Mukeş olub. Əsas odur ki, mən başqaları kimi hind filmlərinə baxıb, özfəaliyyət təqdim etmirəm. Düzdür hind filməlirinə baxmaq lazımdır. Orada klassik rəqsləri gözəl oynayırlar. Ancaq yenə deyirəm, mən Hind rəqslərini dəqiq öyrənmək üçün Hindistanda təhsil almışam. Ola bilər efir xatirinə, reklam olunmaq üçün bəzi həmkarlarım yenidən qalmaqal yaratmağa maraq göstərirlər. Görünür onların bu gün belə açıqlamalar verməklə gündəmə gəlməyə, bəzi məsələləri unutdurmağa ehtiyacları var. Mən Dövlət tədbirlərində çıxış edirəm. Azərbaycana bir çox ölkələrin dövlət başçıları gələndə də məhz Fatimə onların milli rəqsləri ilə çıxış edir. Mən təkcə hind deyil, milli rəqslərimizi də peşəkar şəkildə təqdim edirəm. Mən bəzilərindən fərqli olaraq, heç vaxt tamaşaçıma hörmətsizlik edib, yalan danışmamışam. Məsləhət görərdim ki, öz problemlərini ilə məşğul olsunlar. Şükürlər olsun ki, mənim kim olduğumu da, peşəkar rəqqasə olduğumu da artıq tamaşaçı bilir. Bundan sonra mənim reklama ehtiyacım yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə